EN

Şəkidə ağır qəza: ölənlər var - - FOTO

Şəkidə qəzada ölən və xəsarət alanların şəxsiyyətləri bilinib.

Hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişini - Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və "Mercedes"in sürücüsü - Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

VAZ-ın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

***

Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə səhər saat 9 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Suçma kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Daha bir nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır (oxu.az).

2
Chosen
3
12
redaktor.az

10Sources