Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 9-13 dərəcə isti olacaq.
Martın 21-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq.
Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-12 dərəcə isti olacaq.
Naxçıvan MR-da hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Yağıntılar 23-ü axşamdan tədricən kəsiləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, bəzi dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta, gündüz 6-10 dərəcə isti olacaq.
Gəncə-Qazax bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14 dərəcə isti olacaq.
Balakən-Şəki və Oğuz-Qəbələ bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-12 dərəcə isti olacaq.
Dağlıq Şirvan bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.
Quba-Qusar bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, qar yağacağı, arabir duman olacağı ehtimalı var.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.
Mərkəzi-Aran bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimal olunur.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti olacaq.
10Sources
-
yenigundem.azBayram gününün hava proqnozu açıqlandı ( 16149803)
-
aznews.azNovruz bayramı gününün hava proqnozu açıqlanıb ( 16144631)
-
aznews.azBayram günlərində gözlənilən hava şəraiti açıqlanıb ( 16144291)
-
bizim.mediaBayram günlərinin HAVA PROQNOZU: Dolu, qar, şimşək... ( 16142795)
-
sitat.infoBayram günlərinin havası ( 16142311)
-
hurriyyet.azBayram günləri hava necə olacaq? ( 16142101)
-
tribunainfo.azBayram günlərində hava necə olacaq? ( 16142021)
-
news24.azBu yerlərə qışdakı kimi qar yağacaq - Sabahın HAVASI ( 16136805)
-
gundem.azBayram günlərində gözlənilən hava şəraiti açıqlandı ( 16141491)
-
heftelik.azBayram günlərində hava yağıntılı olacaq, temperatur enəcək ( 16141407)