"Qarabağ" və "Sumqayıt" klubları azarkeşlərinə görə 1500 manat cərimələniblər.


Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.


Ağdam təmsilçisinin cərimələnməsinə Misli Premyer Liqasının XXVII turunda “Kəpəz”lə matçdan sonra azarkeşlərinin pirotexniki vasitədən istifadə etmələri səbəb olub. "Sumqayıt" azarkeşləri isə “Turan Tovuz”la matçda pirotexniki vasitədən istifadə etdiyi üçün kluba eyni məbləğdə ziyan vurublar.


AFFA "Sabah"ı da cərimələyib. XXVII turda “Zirə” ilə matçda Əsasnamənin tələblərinin pozulması "Sabah”ı 500 manat ziyana salıb.