EN

Həsənriz kəndinə 360 nəfər köçəcək - SİYAHI HAZIRDIR – FOTO

Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub. İki mərhələdə buraya 50 ailə köç edib.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Həsənriz kəndinə köç üçün 360 nəfərin siyahıya alındığını deyən A.Telmanqızı bildirib ki, bu proses mərhələli şəkildə davam etdiriləcək:

“Kənddə Bayraq meydanı da var. Burada üçrəngli bayrağımız 17 metr hündürlüyündə dirəkdə dalğalanır. Bayraq meydanının yeri elə seçilib ki, buradan Həsənriz kəndi ilə yanaşı, digər kəndlərə də gözəl mənzərə açılır”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.













Bizim.Media

Chosen
28
2
bizim.media

3Sources