EN

Sumqayıtda qanunsuz tikililər sökülüb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililərsökülüb.

Bu barədə Trend-ə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin TikintidəTəhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləriçərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlımüvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

"Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazişöbəsi tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllədə zəbt edilmişərazidə qanunsuz tikinti işlərinin aparılması faktları aşkaredilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədiləFövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət DövlətAgentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətininnümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlərnəticəsində qanunsuz inşa olunan tikililər sökülüb", - məlumatdaqeyd edilib.

Məqalədə:
Chosen
4
26
az.trend.az

10Sources