EN

1120-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1120-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 658 təyyarəsi, 283 helikopteri, 47 353 PUA-sı, 601 zenit-raket kompleksi, 22 344 tank və digər zirehli texnikası, 1 529 reaktiv yaylım atəş sistemi, 22 700 artilleriya və minaatanı, 33 050 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Chosen
26
49
axar.az

10Sources