EN

Lirə ucuşlaşdı, TMB 10 milyard dollar satdı

Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyə Mərkəzi Bankı (TMB) lirənin 12 %-dən çox ucuzlaşmasından sonra rekord məbləğdə xarici valyuta satıb.

Axar.az xəbər verir ki, məlumat “Rörters” yayıb.

Bildirilib ki, valyuta satışının məbləği azı 5 milyard ABŞ dolları olub.

Lakin bəzi qiymətləndirmələrə görə, bu rəqəm 10 milyard dollara qədər ola bilər.

Qeyd edək ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.

Əlavə edək ki, İmamoğlunun saxlanılmasından sonra Türkiyənin milli valyutası növbəti dəfə tarixi minimumunu yeniləyib. Belə ki, 1 dollar 40,94 lirəyə lirəyə qalxıb.

Chosen
1
1
axar.az

6Sources