Bakıda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslərdən 17 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqram heroin və marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədi ilə deyiləcək ünvana çatdırmalı imişlər.