Bakı. Trend:
Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşətutulub.
Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.
Bildirilir ki, martın 19-u saat 14:15 radələrində Ermənistansilahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayışməntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusununmövqelərini atıcı silahlardan atəşə tutub.