"İnter" iki futbolçunu transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, “İnter” Arda Gülerlə yanaşı “Komo”da forma geyinən Niko Pazı da transfer etmək üçün hərəkətə keçib. “Corriere dello Sport”un məlumatına görə, Niko Paz “Komo”da oynasa da, “Real”ın onu geri almaq hüququ olduğu üçün, “İnter” “Real”ı razı salmaq istəyir. Xəbərdə deyilir ki, hər iki futbolçu texniki keyfiyyətləri sayəsində “İnter”in oynadığı oyun taktikasında özünə yer tapa bilər. Bildirilir, “Real” futbolçunu geri almaq bəndindən istifadə edərək, onu daha yüksək məbləğə göndərə də bilər. İddialara görə, “Real” Niko Pazı geri qaytarıb heyətdə saxlamaq istəyir. Bu halda Ardanın klubdan getməsi üçün şərait yaranacaq.