EN

Azərbaycanda 12 günlük TƏTİL BAŞLADI

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başlayıb.

Bakıvaxtı.az xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü idi. Həmin gün şənbəyə düşdüyündən qeyri-iş günü avtomatik martın 10-na düşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilib.

Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. Martın 29-30-u isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni bugündən martın 31-dək Azərbaycanda iş günü olmayacaq.

Bayramdan sonra ilk iş günü aprelin 1-də olacaq.

Bakıvaxtı.az

Chosen
12
49
bakivaxti.az

10Sources