EN

“Bu gün çox az sayda peşəkar dublyaj rejissoru var, qalanının bu sahədən anlayışı yoxdur” - ŞƏRH

Uzun müddətdir ki, Azərbaycan telekanallarında nümayiş olunan xarici filmlərin dublyajının keyfiyyətsizliyi ilə bağlı iradlar səngimir. Baxmayaraq ki, yerli telekanalların əksəriyyətində dublyaj redaksiyaları var və xarici filmlərin Azərbaycan dilində səsləndirilməsi üçün bütöv bir heyət çalışır. Lakin dublyaj redaksiyalarının fəaliyyəti yenə də haqlı tənqidlərə əsas verir.

Bəs problem nədədir?

Əməkdar artist, aktyor, rejissor Nicat Kazımov MediaPost-a açıqlama verib. Aktyor bildirib ki, hər səsi olan dublyaj aktyoru ola bilməz:

alt

“Problem maddiyyatla bağlı olur. Dublyajda aktyorlara o qədər az məvacib verirlər ki, nəticədə heç kəs özünü əziyyətə salıb, yaxşı iş ortalığa qoymaq istəmir. Başqa işi olan adam artıq dublyaja getmir. İkinci problem isə dublyajda səslərlə bağlı olur. Hər səsi olan dublyaj aktyoru ola bilməz. Yaxud bir aktyor 10-15 obraz səsləndirir və səsini dəyişmək üçün çox rahat vasitələr tapır ki, bu da inandırıcı olmur,qəribə səslər ortalığa çıxır. Digər məsələ rejissorlarla bağlıdır. Bu gün çox az sayda peşəkar dublyaj rejissoru var, qalanının bu sahədən anlayışı yoxdur. Yəni sırf peşəkarlar bu işlə məşğul olmalıdır. Çox yaxşı hesab etdiyim dublyajlarda aktyor mikrafonun qarşısında filmin qəhrəmanının yaşadığını yaşayır. Bu zaman yaxşı iş ortaya çıxır”.

Fidan Ramazan

Chosen
265
13
mediapost.az

10Sources