EN

“Serial aləmində işi bacarmayan ssenaristlərə müraciət edirlər, bacarana isə redaktə etdirirlər” - ŞƏRH

Televiziya evimizin çağırılmamış qonağıdır. Evdə asudə zaman keçirmək üçün televiziya ən ideal vasitədir. Adətən bütün ailə üzvlərinin evə toplaşdığı zaman, kanallarımızda serial saatları olur. Tamaşaçılar bəzən şikayət edilərlər ki, serialların ssenariləri real həyatdan tamamilə uzaqdır. Seriallarda milli mənəvi dəyərlərimiz qorunmadığı, maarifləndirici nüanslara az yer verildiyi barədə də iradlar eşidirik. Lakin əsas problem ssenarilərin zəif yazılması olaraq qiymətləndirilir.

Ssenari müəllifi Arzu Soltan mövzu ilə bağlı MediaPost-a öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, nədənsə, ssenaristlərə yaxşı maliyyə ayırıb, yaxşı ssenari yazdırmaq istəmirlər:

alt

“Demək olmaz ki, yaxşı ssenaristlərimiz yoxdur. Sadəcə, başqa sahədə olduğu kimi, bu sahədə də daha çox ucuz işçi qüvvəsinə üstünlük verilir. Serial aləmində daha çox işi bacarmayan ssenaristlərə müraciət edirlər, bacarana isə redaktə etdirirlər. Nədənsə, ssenaristlərə yaxşı maliyyə ayırıb, yaxşı ssenari yazdırmaq istəmirlər. Yəni çəkilən film və seriallarda ssenariyə o qədər də çox dəyər verilmir. Sanki bu mərhələdə əsas sütunun ssenari olduğunu qiymətləndirə bilmirlər. Dünyaca məşhur rejissorlardan biri deyib ki, yaxşı ssenaridən pis film çəkmək olar, ancaq pis ssenaridən yaxşı film çəkmək mümkün deyil”.
 

Fidan Ramazan

Chosen
287
10
mediapost.az

10Sources