EN

"Azərbaycanla delimitasiya prosesləri anklavlarla bağlı suallara cavab verəcək" - Erməni nazir

Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesləri anklavlarla bağlı suallara cavab verəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

“Sadəcə bu ərazilər haqqında danışmaq başqa, onların hüquqi əsasları barədə danışmaq isə ayrıdır. Yalnız bundan sonra ya mübadilə həyata keçiriləcək, ya da yerində bəzi qərarlar qəbul ediləcək”, - o deyib.

Chosen
55
8
azpolitika.info

9Sources