Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub. Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.Xəbərə görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib. Qətlə yetirilən qız uşağının 5 yaşı olub.