Valideynlərini və azyaşlı qardaşını qətlə yetiən Əhməd Əhmədovun digər cinayət əməlləri də üzə çıxıb.
DİN-in Mətbuat Xidmətindən "32gun.az"a bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.