Moskvada "Krokus Siti Holl"da baş verən atışmada zərərçəkənlər arasında azərbaycanlıların olub-olmaması müəyyənləşdirilir.BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən açıqlamada bildirilib. Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir. Teraktın ardınca binada partlayış baş verib. “Krokus”da böyük yanğın hələ də davam edir.