
Bakı, 17 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin dörd ayında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 15,9 mini ambulator, 9 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Xatırladaq ki, həmin dövrdə əlilliyi olan 5,5 min şəxsə 40,2 min reabilitasiya vasitəsi verilib.