Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq.
R.Mahmudov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bütün bunlar yalandır və kim tərəfindən yazıldığını da bilirəm. Mənim qızım sağ-salamatdır, ailəsində də hər şey, şükür Allaha, qaydasındadır. Əslən Füzuli rayonundan olan bir nəfər var, illərdir mənim və ailəm barədə yalan məlumatlar yazdırır. Bir dəfə də yazmışdı ki, “Rəşid Mahmudov öldü və öldükdən sonra vəsiyyət elədi”. Bir adam da demir ki, adam öləndən sonra vəsiyyət edərmi? Bu cür yalan məlumatları tirajlamamağınızı rica edirəm. Mənim qızım da, özüm də sağ-salamatıq”.