EN

Türkiyənin Muğla vilayətində yenidən zəlzələ olub

Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 11.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Episentr Aralıq dənizində yerləşib.

Chosen
444
16
sia.az

10Sources