EN

Nəsimidə Zəfər Günü münasibətilə tədbir keçirildi

Nəsimi Кayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Zəfər Günü bayramının üçüncü ildönümü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, şəhid ailələri, qazilər, ali təhsil müəssisələrinin, rayonun inzibati orqanlarının rəhbərləri, millət vəkilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar mərkəzin foyesində təşkil olunmuş rayon yaradıcılıq mərkəzlərinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, sonra şəhid ailələri və qazilərlə süfrə arxasında görüş keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirib ki, bu gün müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir”.

Çıxışının sonunda A.Əsgərov Ümrə ziyarətinə yola salınacaq 13 şəhid ailəsinə müvafiq sənədləri təqdim edərək xoş arzularını çatdırıb. 

Daha sonra 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Hündürlük 720” adlı filmə baxış keçirilib.

Sonra Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Zəfərlərin mübarək Ali Baş Komandanım!” adlı videoçarx nümayiş olundu.








Chosen
191
10
qafqazinfo.az

4Sources