RU

Meymunçiçəyinə qarşı kimlər peyvənd olunmalıdır? — Həkimdən AÇIQLAMA

Suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də təsirlidir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib. ÜST meymunçiçəyi xəstəliyinə qarşı insanları vaksinasiyaya çağırıb.

Qeyd olunub ki, bu xəstəliyin yayılmasının qarşısının alınması COVİD-19-a nisbətən daha asandır, lakin təəssüfedici hal odur ki, uşaqlar arasında ölüm hallarına daha çox rast gəlinir. 

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, vaksinasiya günümüzdə hər bir şəxs üçün həyati əhəmiyyət daşıyır: 

“Suçiçəyinə qarşı vaxtilə vaksinasiya olunan insanların təkrar vaksinasiyasına ehtiyac yoxdur. Çünki həmin insanlarda meymunçiçəyinə qarşı immunitet yaranır. Suçiçiçəyinə qarşı peyvənd olunmamış insaların isə peyvəndə ehtiyacı ola bilər. Hələki Azərbaycanda meymunçiçəyinə yoluxma faktı aşkarlanmayıb. Amma hər bir halda təlimatlara əməl etməliyik. 

Gigiyena qaydalarına riayət etmək, insanların sıx olduğu yerlərdən mümkün qədər uzaq olmaq, yaxın təmasdan çəkinmək, şəxsi istifadə üçün nəzərdə tutulan əşyaları digər şəxslərlə paylaşmamaq lazımdır. 

Xəstəliyin əlamətləri əzələ ağrısı, baş ağrısı, yüksək hərarətdir. Özündə bu əlamətləri hiss edən şəxslərin vaxt itirmədən həkimə müraciət etmələri tövsiyə olunur”.

Törə Zeynallı
Demokrat.az
Избранный
45
14
demokrat.az

10Источники