RU

Ucarda iki maşın toqquşdu, xəsarət alanlar var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə bu gün rayonun “20 Yanvar” küçəsində qeydə alınıb.

“BMW” və “VAZ-2106” markalı minik maşınlarının toqquşması nəticəsində Ucar rayon sakinləri – 1997-ci il təvəllüdlü Hasil Fuad oğlu Kazımov və onun həmyaşıdı Cəlal Zahid oğlu Mahmudov xəsarət alııblar. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

(apa)

Избранный
19
4
avtosfer.az

5Источники