RU

İranda 5,2 maqnitudalı zəlzələ olub, 28 nəfər xəsarət alıb - YENİLƏNİB

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Zəlzələ zamanı stresslə əlaqədar 10 nəfərə isə yerində lazımi dəstək verilib

***

saat 17.27

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.

Избранный
62
10
apa.az

10Источники