“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının VI turunda “Herta”ya (Berlin) qarşı oyununda (0:2) debütünü şərh edib.
Qafqazinfo xəbər verir ki, Kloze azərbaycanlı forvard haqda bunları deyib:
“Emreli topla çox yaxşı işləyirdi. İndi o, fizika sarıdan da işləməlidir. Mahirin “Herta” ilə matçdakı forması tamamilə normaldır”.
Qeyd edək ki, “Nürnberq” “Herta” ilə görüşdə 0:1 hesabı ilə uduzub.
