RU

Millimizdən (Çimərlik) ardıcıl ikinci qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Millimiz İspaniyanın Kadiz şəhərində Gürcüstan yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elşad Manafov (2), Sabir Allahquliyev, Ramil Əliyev, Amid Nəzərov, Kamran Qürbətov və Bayram Bayramlı vurublar.
Qeyd edək ki, A qrupunda yer alan komandamız ilk oyununda İngiltərə yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Millimiz oktyabrın 7-də İspaniya (20:00) seçməsi ilə üz-üzə gələcək.
Избранный
100
5
affa.az

7Источники