Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan azərbaycanlılarına müraciət edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Aktual.ge” məlumat yayıb.
"Mənim əziz həmvətənlərim! Bu sizin həyatınızın ən əsas seçkisidir. Oktaybrın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək deyənlərə inanmayın”, - deyə siyasətçi vurğulayıb.
Saakaşvili qeyd edib ki, seçkilərə rahat gedin və 5 nömrəyə səs verin.
Daşqın HəsənovMissiya.Az