Həbsdə olan eks prezident Mixeil Saakaşvili 26 oktyabr parlament seçkiləri ilə bağlı Gürcüstan azərbaycanlılarına müraciət edib.
"AzPolitika"xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Saakaşvili müraciətində deyib:"Mənim əziz həmvətənlərim! Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. "Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur" və ya "hökumət sizin kimə səs verdiyinizi biləcək" deyənlərə inanmayın. Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin".