Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Neftçi” “Şamaxı”nı qəbul edəcək. Bu oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Xatırladaq ki, “ağ-qaralar” Premyer Liqanın cari mövsümündə keçirdikləri 12 oyunda cəmi 9 xal toplayıblar və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıblar. “Şamaxı” isə 11 oyuna topladığı 12 xalla 7-cidir.
Cari mövsümdə cəmi 1 qələbəsi olan “Neftçi” son turda da xalsız qalıb. “Şamaxı” isə ardıcıl dörd oyundur uduzur. Ayxan Abbasovun komandası 5 turdur 3 xala həsrətdir.
“Neftçi” “Şamaxı” ilə indiyə qədər çempionatda 75 oyun keçirib, 42 qələbə qazanıb. “Şamaxı” 16 qələbəyə sevindiyi halda 17 oyun da “sülh”lə bitib. “Şamaxı” son 7 görüşdə bu rəqibi üzərində qələbə qazanmayıb. Son iki qarşılaşma heç-heçə bitib.
Premyer Liqa
13-cü tur
8 noyabr
“Neftçi” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 20:00.
9 noyabr
“Səbail” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 17:00.
“Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 19:30.
10 noyabr
“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”, 16:00.
“Qarabağ” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:00.