RU

Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Kəlbəcər şəhərinindaxili yollarının tikintisini davam etdirir.

Trendagentliyə istinadən xəbər verir ki, şəhərin ilk yaşayışməhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevinrayona səfəri zamanı qoyulub.

Şəhərin daxili yollarının 4 tip en kəsiyinə uyğun tikilməsinəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğunolaraq, hərəkət zolaqlarının sayı 2-4 ədəd, eni 3-3,5 metr,yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 0.7-1,5metr, piyada zolağının eni 2-4 metr, tramvay zolağının eni isə 4metr təşkil edir. Yolların torpaq yatağının eni 12-18-24-30 metrolaraq dəyişir.

Ümumi uzunluğu 26,5 km təşkil edəcək şəhər daxili yollarınınbirinci mərhələdə 18,9 km hissəsinin tikintisi işləri aparılır.

Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsini əhatə edən 6 kmuzunluğunda daxili yollarda yol yatağının tikintisi başa çatıb,hazırda təqribən 3.6 km hissədə torpaq işləri həyata keçirilir.

Bundan başqa küçələr boyu Kəlbəcər şəhərinin kommunikasiyaxətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə vəelektrik xətləri) tikintisi işlərinin də icrası artıq yekunlaşmaqüzrədir.

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I DövlətProqramı"na uyğun olaraq Kəlbəcər şəhərinin daxili yollarınıntikintisi layihəsinin 2026-cı ildə başa çatdırılması nəzərdətutulur.

Kəlbəcər
Kəlbəcər
Kəlbəcər
Kəlbəcər
Kəlbəcər
Kəlbəcər
Kəlbəcər
Kəlbəcər
Kəlbəcər
Kəlbəcər
Məqalədə:
Избранный
86
19
az.trend.az

10Источники