RU

Mahir Emreli 12 dəqiqə oynadı, “Nürnberq” qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 17-ci turu çərçivəsində baş tutan Braunşveyq “Ayntraxt”ı ilə matçın iştirakçısı olub.

Nürnberqlilər doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıblar – 1:0. Mahir bu oyunun 78-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı hücumçu bu oyunda heç nə ilə fərqlənə bilməyib.

“Nürnberq” 17 oyuna topladığı 22 xalla hazırda 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 6 qələbə qazandığı halda 4 heç-heçə edib, 7 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını yanvarın 19-da doğma meydanda “Karlsrue”yə qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 13 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Избранный
103
2
arena.az

10Источники