RU

Ədliyyə Nazirliyi deputata məxsus olduğu bildirilən şirkətdən mebel alacaq

Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrə mebel və digər inventarlar alınır.

 

Pravda.az-ın xəbərinə görə, Nazirlik bu məqsədlə "Embawood" MMC ilə müqavilə bağlayaraq 88 914 AZN köçürməyi planlaşdırır.

 

Alınacaq məhsullara işçilər və qonaqlar üçün kürsülər, hakimlər üçün mebel dəsti, tumbalı masalar daxildir.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasovdur. Şirkətin deputat Məşhur Məmmədova məxsus olduğu bildirilir.

 

Cabir Həsənov

Tarix: 29 Dekabr 2024, 13:12   
Избранный
88
14
pravda.az

10Источники