RU

Təyyarənin suya düşməsinə 80 metr qalıbmış - Pilotların növbəti qəhrəmanlığı

Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi ilə bağlı yeni detallar məlum olub.Bildirilir ki, AZAL-ın pilotları təyyarəni 300-km-dən çox qəzalı vəziyyətdə idarə ediblər. Onlar dənizin üzərindən keçərkən 80 metreye qədər suya yaxınlaşıblar və yenidən hündürlük qazana biliblər.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Təyyarədə olan pilotların hər ikisi – İqor Kşnyakin (kapitan) və Aleksandr Kalyaninov həlak olub və onlar bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.

Избранный
145
show.az

1Источники