RU

Yeniyetmə oğlan qızı şantaj etdi: "Pulu-qızlı verməsən, səsyazılarını..."

Bakıda 2003-cü il təvəllüdlü Cəlilabad rayon sakini İntiqam sosial şəbəkədə tanış olduğu Ləmanı (adlar şərti verilib – red.) şantaj edib, həmçinin dələduzluq edib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, İntiqam sosial şəbəkəsində yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü Ləmanla tanış olub. Ona sevdiyini deyib, atasının ticarətlə məşğul olan iş adamı kimi təqdim edib. Tezliklə qaytaracağına dair yalan vəd verərək 20 aprel 2023-cü ildə Xətai rayonunda Ləmandan anasına məxsus 1000 manat pulu alıb və şəxsi ehtiyaclarına sərf edib.

Bundan sonra yenidən Ləmanı aldadaraqaprelin 23-də onun anasına məxsus 3000 ABŞ dolları, 1500 manat, ümumilikdə 81523 manat məbləğində qızıl ziynət əşyalarını ələ keçirib.

İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 178.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

“Qızlları, pulları özü könüllü verdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ləmanla sosial şəbəkələr vasitəsi ilə tanış olub, tanışlığın təşəbbüskar da Ləmanın özü olub: “Bir müddət yazışdıqdan sonra görüşdük. Görüş zamanı Ləman artıq 18 yaşının olduğunu dedi. Biz bir-birimizi sevdik.

Ləman mənim iş qurmaq üçün pula ehtiyacım olduğunu bildi. Özü mənə evdən 1000 manat pul gətirərək iş qurmaq üçün verdi. Münasibətlərimiz davam etdi, daha yaxın olduq.

Ləman bildirdi ki, gələcəkdə ailə quracağımızı nəzərə alaraq nənəsindən ona miras qalmış qızılları mənə vermək istəyir. Mən də buna etiraz etmədim. O, özü məni yaşadığı evin qarşısına dəvət edərək torbanın içində olan, dediyinə görə, nənəsindən qalmış qızıl-zinət əşyalarını mənə verdi. Bu əşyaları evimə apardıqda anam bunu bildi. Məndən qızılları kimdən və haradan aldığımı soruşdu. Mən də anamı Ləmanla telefonla danışdırdım. Ləman anama təsdiq etdi ki, həmin qızılları o, özü mənə verib.

Mən Ləmana qarşı dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayəti törətməmişəm. Onun evindən heç nə oğurlamamışam. Ləman qızılları və pulu özü könüllü mənə verib. Səbəbi isə aramızda olan sevgi münasibətləri olub.

Qızılları Lombarda və kredit evinə qaytarmaq şərti ilə verərək pul almışam. Pulun bir hissəsini qurduğum işə, yəni 8-ci kilometr bazarında ayaqqabı satışı üçün sərf etmişəm”.

“Sadəcə hal-əhval tuturduq”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, anası Lətifə ilə eyni ünvanda yaşayır, valideynləri boşanıb, qardaşı və bacısı yoxdur:

“Anam hadisədən qabaq mənə istifadə etmək üçün “Samsung” markalı telefonu vermişdi. Sonra əsəbləşərək telefonu aldı və sadə “Nokıa” telefonu alaraq verdi. Onunla heç bir sosial şəbəkəyə girmək mümkün deyildi. “İnstagram” sosial şəbəkəsində “T. _rxz” səhifəm vardı. Səhifəni “Samsung” telefonum olanda işlədirdim.

O zaman, hadisədən təxminən bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində “İntiqam._.666” adlı istifadəçi ilə tanış oldum. Onunla mesajlaşmağa başladıq. İntiqam mənə “İntiqam._.666” və “Əhmədli” adlı profillərdən yazırdı. Biri-birimizlə hal əhval tuturduq. İntiqamla bir ay müddətində mesajlaşmışıq”.

“Məni sevdiyini bildirdi”

Zərərçəkmiş qeyd edib ki, aprelin 17-də İntiqamın təklifi ilə təhsil aldığı liseyin qarşısında görüşüblər: “On dəqiqə liseyin ətrafında gəzişdik. Biri-birimizlə daha yaxından tanış olduq. Ona valideyinlərim və özüm haqqında məlumat verdim. İntiqam da özü haqqında danışdı.

İki gün sonra yenidən liseyin qarşısında görüşüb söhbətləşdik. Görüşənədək İntiqamla telefonda mesajlaşmışdıq. Görüş zamanı o, xoş sözlər dedi və məni sevdiyini bildirdi. Bu sözlərə cavab vermədim.

Избранный
17
50
publika.az

10Источники