Ekspressbank” ASC-nin lisenziyası ləğv edilə bilər.
Məlumata görə bankın bağlanmasına səbəb son zamanlar çoxsaylı şikayətlər və kredit portfelinin kiçilməsidir.
"Ekspressbank” ASC-nin nizamnamə kapitalı hazırda 112 milyon manatdan çoxdur.
"Ekspressbank” ASC-nin qanuni təmsilçisi Məmmədov Mehman Sabir oğludur.
Ancaq Bankın "Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevə məxsus olduğu barədə mediada dəfələrlə yazılıb.
Etibar Pirverdiyev vəzifədən azad edildikdən sonra "Ekspressbank” ASC-nin sürətlə tənəzzülə getdiyi bildirilir.
Onu da qeyd edək ki, 2024-cü ilin əvvəlində şirkətlər "Expressbank”dan 25 milyondan çox depoziti geri çəkib. Buna görə də bankın aktiv və mənfəətləri kiçilib./qlobal
