RU

"Zirə"dən inamlı qələbə

Futbol üzrə Misli Premyer Liqasında XIX turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Zirə" Zirə İdman Kompleksinin stadionunda "Araz-Naxçıvan"ı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Görüşün yeganə qoluna 4-cü dəqiqədə İsmayıl İbrahimli imza atıb.

 

Bu nəticədən sonra turnir cədvəlində xallarının sayını 33-ə çatdıran "Zirə" üçüncü pilləyə qalxıb, Naxçıvan təmsilçisi isə 39 xalla ikinci sırada qalıb.

 

Günün digər oyununda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gələcəklər. İnqilab Məmmədovun idarə edəcəyi matç saat 18:30-da başlayacaq.

 

Aktivində 20 xalı olan "kimyaçılar" altıncı, 9 xala malik "Səbail" isə sonuncu - onuncu sırada yer alıb.

 

Qeyd edək ki, turun ötən gün keçirilmiş açılış matçında "Qarabağ" "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib.

Избранный
20
50
modern.az

10Источники