RU

“Portu” baş məşqçi ilə yollarını ayırdı

“Neftçi” PFK-nın U-17 komandası fevralın 8-də Türkiyəyə yollanacaq.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Asif Ramazanovun yetirmələri fevralın 9-dan 15-dək İstanbul şəhərində beynəlxalq yoldaşlıq görüşləri keçirəcək.

Ötən mövsüm U-16 Liqasının çempionu olmuş “ağ-qaralar” Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça”nın müvafiq yaş qrupu komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

“Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.

Избранный
15
6
idmanxeber.az

3Источники