RU

Yeni avtomobillərin mühərrikləri niyə tez sıradan çıxır?

Son zamanlar yeni model avtomobillərin mühərriklər çox səsli olması və tez sıradan çıxması barədə xəbərlər dolaşır. Artıq bu problem sürücüləri çox narahat edir. Vəziyyətdən çıxış yolu nədir? Sürücülər nələrə fikir verməlidir?

News24.az-a danışan avtomobil ustası İlqar Məmmədov deyib ki, avtomobillərin  mühərriklərinin sıradan çıxmasının ilk səbəbi kimi keyfiyyətsiz yağlardan istifadə edilməsidir.

“Bəzi insanlar 50-70 min maşın alırlar, ancaq qiyməti ucuz olsun deyə, keyfiyyətsiz yağlardan istifadə edirlər. Mühərrik yağlarının düzgün seçilməsi olduqca vacibdir. Mütəxəssislərdən məsləhət alıb keyfiyyətli yağlardan istifadə edilməsi vacibdir. Keyfiyyətli yağların qiyməti digər yağlara nisbətən çox da baha deyil. 30-50 manata görə maşını risk altında atmağa dəyməz”, - deyə o əlavə edib.

İ.Məmmədov qeyd edib ki, təkcə yağın keyfiyyətli olması mühərriklərin yaxşı işləməsinə yardım etmir. 

"Vaxtaşırı dəyişilən detallar da çox keyfiyyətli olmalıdır. Yeni model avtomobillər köhnə modellərə nisbətən həssasdır. Yaxşı olar ki, markanın tövsiyə etdiyi detalları şirkətlərin istehsal etdiyi məhsullar arasından seçilib alınsın. Bundan başqa, sürüşlərə də diqqət yetirmək lazımdır. Eyni zamanda, maşını çətin yollarda gücə salmaq, aidiyyatı üzrə benzin markasından istifadə etmək motorun yükünü azaldır”, - deyə o bildirib.

Ağa Dadaşzadə

Избранный
33
news24.az

1Источники