1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyədə ümummilli matəm elan olunub.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında bildirib.
Onun sözlərinə görə, matəm bir gün davam edəcək.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin "Kartalkaya" xizək mərkəzinin hotelində baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.