RU

Tramp Baydenin həmin qərarını ləğv etmək istəyir

ABŞ Prezidenti Donald Tramp Co Baydenin elektriklə işləyən avtomobillərlə bağlı fərmanını ləğv etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, söhbət 2021-ci ildə imzalanan fərmandan gedir. Sənədə əsasən, 2030-cu ilə qədər ABŞ bazarında satılan bütün avtomobillərin yarısı elektriklə işləməlidir.

Qeyd edilir ki, fərman heç bir hüquqi qüvvəyə malik deyildi, lakin yerli və xarici avtomobil istehsalçıları onu rəhbər tutdular.

Bundan əlavə, Amerika lideri elektromobil alıcıları üçün vergi güzəştlərinin ləğv edilməsini istəyir.

Избранный
27
4
qafqazinfo.az

4Источники