RU

Məşhur müğənni qızı ilə yanğın olan hoteldə olub

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzində baş verən yanğın zamanı məşhur müğənni Mahsun Kırmızıgül də qızı ilə yaxınlıqdakı hoteldə olub.

Yenilik.az xəbər verir ki, müğənni bu haqda sosial şəbəkə hesabında yazıb. Mahsun 8 yaşlı qızı Lavinlə semestr tətili üçün Kartalkayaya getdiyini bildirib: 
“Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara isə şəfa diləyirəm. Belə dramatik bir atmosferdə insanların çarəsizliyinə şahid olmaq mənə həyatın necə kövrək olduğunu bir daha xatırlatdı.
Bu faciəvi hadisə məni çox sarsıtdı. Qızımla o dağdan çıxanda qızımın ağzından çıxan sözlər ürəyimi parçaladı: “Ata, orda çox adam öldü, hə?” Qızım bunu deyəndə ürəyim qan ağladı.
Kartalkayanı tərk edərkən keçirdiyimiz kədəri təsvir etmək həqiqətən mümkün deyil. Burada baş verənlərin izləri uzun müddət yaddaşımızdan silinməyəcək. Allah bir daha heç kəsə belə ağrı yaşatmasın.
Lakin təəssüflər olsun ki, hər bir fəlakətdə olduğu kimi, məndə də böyük narahatlıq var ki, cavabdehlər öz məsuliyyətsizlikləri ilə baş-başa qalacaqlar.
Təəssüf ki, ölkəmizdə baş verən bu cür faciələrdən kifayət qədər dərs alınmır. Zəng edib soruşan bütün dostlarıma təşəkkür edirəm”, - Mahsun paylaşdığı videonun şərh bölməsində yazıb.
Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğınla nəticələnən partlayış baş verib. Yanğın zamanı ölənlərin sayı 76-ya çatıb.

Избранный
15
50
yenilik.az

10Источники