RU

Azərbaycanda bu da oldu: Bu tarixdən yas mərasimləri LƏĞV EDİLDİ - RƏSMİ

Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur.

Ekologiya.az xəbər verir ki, Füzulidə ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su və yuxa olmaqla yeddi əsas predmetlə açılır.

Füzuli rayon İcra Hakimiyyətinin məlumatına görə, son 11 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib. Əgər əvvəllər yas sahibi  3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min AZN xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla orta hesabla 3000 AZN-nə qədər vəsait tələb olunur. Rayon sakinləri qənaət etdikləri vəsaiti digər sosial problemlərinin həllinə sərf edirlər.

Xatırladaq ki, bənzər qərar Naxçıvanda da qəbul olunmuşdu. Naxçıvanda MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. 

Ajans.az

Избранный
56
23
ekologiya.az

10Источники