RU

Azərbaycanın meyvə-tərəvəz ixracı idxalı üstələyir

Ötən il Azərbaycandan 707,8 milyon ABŞ dolları dəyərində 686,2 min ton meyvvə və tərəvəz ixrac olunub.

Day.Az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 18,1 milyon ABŞ dolları (2,5%), həcmi isə 35,8 min ton (5%) azalıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı cəmi 2,67%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09%-ə bərabər olub.

 

Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞ dolları olan 375 min ton meyvə və tərəvəz idxal olunub. 2023-cü ildəki göstəricilərə nisbətən meyvə və tərəvəz idxalının dəyəri 51,9 milyon ABŞ dolları (22,6%), həcmi isə 22,2 min ton (6,3%) artıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34% təşkil edib.

Beləliklə, 2024-cü il ərzində ölkənin meyvə və tərəvəz ixracı idxalı dəyər ifadəsində 2,5 dəfə, həcm ifadəsində isə 1,8 dəfədən çox üstələyib.

Избранный
52
3
day.az

10Источники