![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/9/18/1/822653c7-4964-4177-af7f-29144c6919bd/bank.jpg)
Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 18-nin balans kapitalı 100 milyon manatdan çox olub.
Yeniavaz.com xəbər verir ki, balans kapitalı 1 milyard manatdan çox olan yeganə bank isə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) olub.
Dövlət bankı olan ABB-nin balans kapitalı 2 milyard 50,2 milyon manat təşkil edib.
Qeyd edək ki, balans kapitalı bankların aktivləri və öhdəliklərinin fərqini göstərir.
Onu da bildirək ki, ötən ilin 4-cü rübündə yalnız 2 bankın balans kapitalı azalıb. “Bank BTB”nin balans kapitalı 1% azalaraq 51,5 milyon manata, “Rabitəbank”ın balans kapitalı isə 3,2% azalaraq 123 milyon manata düşüb.
“Premium Bank”ın balans kapitalı isə dəyişiləyib. Digər banklar isə balans kapitallarını artırıblar.
Cədvəldə bankların balans kapitalı qeyd olunub:
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/24/1/a0d2e3ee-d4ef-4179-9a25-c5f23f912c7d/banklar-balans.png)
Elnur Əli