RU

Livan-İsrail arasındakı atəşkəs müddəti uzadıldı

Livan və İsrail arasında atəşkəs razılaşmasının təxminən 3 həftə daha uzadıldığı paylaşılıb.

Turkustan.az xəbər verir ki, Ağ Evin paylaşdığı yazılı açıqlamada, "ABŞ-ın nəzarətində olan Livan və İsrail arasındakı barışıq 18 fevral 2025-ci il tarixinə qədər qüvvədə qalacaq".

Bəyanatda 7 oktyabr 2023-cü il tarixindən sonra ələ keçirilən livanlı məhbusların ekstradisiyası üçün Livan, İsrail və ABŞ hökumətləri arasında danışıqlara başlanılacağına dair məlumatlar da yer alıb.

Livanla əldə olunan atəşkəs razılaşmasına baxmayaraq işğal etdiyi bölgələrdən geri çəkilməyən İsrail ordusunun dünən həyata keçirdiyi hücumlarda 22 nəfər ölüb, 124 nəfər yaralanıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
40
7
turkustan.az

10Источники