RU

Bakıda ət bahalaşdı - VİDEO

Son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir. 

Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “ATV” sujet hazırlayıb. 

Bildirilib ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var.

Qəssabların sözlərinə görə, buna səbəb heyvan qıtlığının olmasıdır: “Dana əti əvvəl 15 manat idi, indi 16 manat olub, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir. 

Bildirilib ki, qiymət artımı bölgələrdə də olub. Fərq 50 qəpiklə müşahidə edilib.


Избранный
9
32
soz.az

10Источники