İsrail və Livan arasında atəşkəs sazişinin müddəti uzadılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, ABŞ tərəfindən qüvvəyə minən razılaşma 2025-ci il fevralın 18-dək qüvvədə qalacaq".
Həmçinin qeyd olunub ki, Livan, İsrail və ABŞ hakimiyyəti 2023-cü il oktyabrın 7-dən sonra əsir götürülən livanlıların geri qaytarılması ilə bağlı danışıqlara başlamaq niyyətindədir.
Daşqın HəsənovMissiya.Az