RU

“Keşlə bazarı” bağlandı, yeni ünvana köçürülür

Bu gündən “Keşlə bazarı”nın “Eurohome” tikinti materialları bazarında xüsusi inşa edilən sahəyə köçürülməsinə başlanılıb.

News24.az xəbər verir ki, artıq bazardakı əşyalar və məhsullar yeni bazara yerləşdirilir. Bu gün səhərdən etibarən bazar bağlanıb, gələn alıcılara artıq buranın fəaliyyət göstərməyəcəyi deyilir.

Satıcılar bildirilər ki, bazardan daşınan məhsulların yarısı “Eurohome” a, bəziləri isə “50 qəpik” deyilən əraziyə daşınır.

Qeyd edək ki, bazar Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb./teleqraf.com



Избранный
26
50
news24.az

10Источники