RU

Boluda baş vermiş yanğında tanınmış türkiyəli jurnalist həlak olub

Bakı. Trend:

Türkiyənin Bolu əyalətində yerləşən “Grand Kartal” hotelində başvermiş yanğında Türkiyənin tanınmış teleaparıcısı və maliyyəşərhçisi Nedim Türkmen həlak olub.

Trendxəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, yanvarın 21-də kurort kompleksində baş vermişyanğında ölənlər arasında jurnalistin həyat yoldaşı və iki övladı –22 yaşlı oğlu və 18 yaşlı qızı da yer alır.

Xatırladaq ki, “Grand Kartal” hotelində yanğın baş verən vaxtbinada 238 nəfər, o cümlədən ailəvi istirahətə gəlmiş azyaşlılarolub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib. Yanğınlaəlaqədar aparılan istintaq çərçivəsində 15 nəfər barəsində həbsqətimkan tədbiri seçilib.

Məqalədə:
Избранный
57
az.trend.az

1Источники