Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi baş tutub.
Sherg.az xəbər verir ki, bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.
“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.
![](https://apa.az/storage/news/2025/january/27/resize/679796bc5d188679796bc5d1891737987772679796bc5d186679796bc5d187.jpeg)
![](https://apa.az/storage/news/2025/january/27/resize/679796bc640ee679796bc640ef1737987772679796bc640ec679796bc640ed.jpeg)